Abramoviç Ukraynaya 2,3 milyard ayırdı

abramovic-ukraynaya-23-milyard-ayirdi
Oxunma sayı: 4367

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaitin bir hissəsini Ukraynaya göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Telegraph” nəşri yazıb.

Nəşr bu məbləğin 2,3 milyard funt sterlinq olduğunu açıqlayıb.

Abramoviç hələ İngiltərənin sanksiyalar siyahısına daxil edilməmişdən əvvəl “Çelsi”ni satdığını açıqlamışdı. 2022-ci ildə Abramoviç bu vəsaiti “zərərçəkənlərə kömək etmək üçün” Ukraynaya köçürəcəyini vəd etmişdi.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Ottavadan iqtisadi sanksiyalar altında olan Abramoviçin həbsi və aktivlərinin müsadirə edilməsi prosesinə başlayıb.