Abramoviçin Britaniyadakı şirkəti 2 manata satıldı

Abramoviçin Britaniyadakı şirkəti 2 manata satıldı
Oxunma sayı: 3372

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara bir funta (2 manat) satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, şirkətin yeni sahibləri işlənmiş avtomobillərlə məşğul olan alman iş adamı Hakan Koç və onun əvvəllər telekommunikasiya sahəsi ilə məşğul olan biznes ortağı Pirros Kussios olub.

“Truphone”nun satılması qərarı Qərbin sanksiyaları səbəbindən verilib.