“Biznesmen Roman Abramoviçin Rusiya və Ukrayna arasındakı danışıqlarda iştirakı hər iki ölkə tərəfindən təsdiq olunub”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Roman Abramoviç Rusiya və Ukrayna tərəfləri arasında müəyyən təmasların təmin edilməsində iştirak edir və nümayəndə heyətlərinin rəsmi üzvü deyil.
Xatırladaq ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunda Roman Abromoviçin də iştirak etdiyi məlum olub.
Son xəbərlər
Son Xəbərlər