Abramoviçin İngiltərədə yaşamasına qadağa qoyuldu

abramovicin-ingilterede-yasamasina-qadaga-qoyuldu
Oxunma sayı: 7173

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviçin Britaniyada yaşamasına qadağa qoyulduğu deyilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “The Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, yüksək səviyyəli təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 55 yaşlı Abramoviçə bir daha Britaniyada yaşamağa icazə verilməyəcək.

Qeyd edilir ki, immiqrasiya rəsmiləri Kensinqton Sarayı yaxınlığında 125 milyon funt-sterlinqlik malikanəyə sahib olan Abramoviçin Böyük Britaniyada qalmasını qeyri-mümkün etmək üçün göstərişlər alıb.

Onun işinin Daxili İşlər Nazirliyinin “Xüsusi İşlər Bölməsi” tərəfindən aparıldığı deyilir.

Qeyd edək ki, o, Kremlə yaxın olduğunu və ya ona qarşı sanksiyaların tətbiqinə layiq olan hər hansı bir iş gördüyünü təkzib edib.