ABŞ Xəzinə Nazirliyi Şimali Koreyaya neft daşınmasını həyata keçirdikləri iddiası ilə Rusiyanın 2 şirkətinə sanksiya tətbid ediləcəyini açıqlayıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, onlar “Primorye Maritime Logistics Co Ltd” (Primorye) və “Gudzon Shipping Co LLC” (Gudzon) şirkətləridir.
Nazirlik rəsmi dəlil olaraq neft daşınan gəmilərin də adlarını açıqlayıb: “Bella”, “Bogatyr”, “Neptun”, “Partizan”, “Patriot” və “Sevastopol”.
Həmçinin qeyd edilib ki, Rusiya və ya istənilən bir ölkənin Şimali Koreyaya istənilən mal satışını və ya transferini həyata keçirməsi BMT Təhlükəsizlik Şurasının rəsmi qərarı ilə qadağandır.
Son xəbərlər
Son Xəbərlər