ABŞ 500 milyon doz vaksin bağışlayacaq

ABŞ 500 milyon doz vaksin bağışlayacaq
Oxunma sayı: 1670

“ABŞ 500 milyon doz “Pfizer/BioNTech” vaksini alaraq, az və orta gəlirli 100 ölkəyə bağışlayacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

O bildirib ki, ABŞ koronavirusa 600 min qurban verib:

“Biz faciəni bilirik. Bununla yanaşı, sağalmağı da bacarırıq. ABŞ-da yetkinlik yaşına çatanların 64-ü ən azı bir doz vaksin qəbul edib”.

Dövlət başçısı əlavə edib ki, ABŞ-dakı vaksinasiya sayəsində pandemiyanın başlamasından bəri ən az günlük yoluxma sayına nail olublar, iqtisadiyyat da eyni sürətlə yaxşılaşmaqdadır:

“Prezidentliyimin əvvəlindən indiyədək qlobal miqyasda virus üçün nə edə biləcəyimizi təhlil edirik. Bu, bizim məsuliyyətimiz və humanitar məcburiyyətimizdir. Dünyada insanların əzab çəkdiyini görürük. Əlimizdən gələni etməyə çalışırıq.

Pandemiya dünyanın başqa yerlərində davam edərkən, ABŞ da təhlükəsizlikdə deyil. ABŞ 500 milyon doz vaksin satın alaraq, bunu təxminən 100 az və orta gəlirli ölkəyə bağışlayacaq.

Bu vaksinlərin göndərilməsi bu ilin avqust ayında başlayacaq, ilin sonunadək 200 milyon doz paylanacaq, qalan 300 milyon doz isə 2022-ci ilin ortasınadək müvafiq ölkələrə çatdırılacaq”.