ABŞ-a çevriliş ittihamı

abs-a-cevrilis-ittihami
Oxunma sayı: 1798

Şimali Koreya Respublikası ABŞ-ı çevriliş hazırlamaqda ittiham edib və BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, KXDR nümayəndəsi Ça Son Nam BMT sədrinə göndərdiyi məktubda ABŞ və Seulu Şimali Koreya rəhbərliyini devirmək və ölkənin sosial quruluşunu dəyişməkdə ittiham edib.

Buna səbəb isə Şimali Koreya sərhədlərində irimiqyaslı “Key Resolve” və “Foal Eagl” təlimlərinin keçirilməsidir.

Qeyd edək ki, ABŞ və Koreya Respublikası arasında qarşılıqlı təlimlər hər ili keçirilir. Bu ilki təlimlərdə təxminən 300 min Cənubi Koreya ,17 min amerika əsgəri, dənizçisi və pilotları iştirak edirlər. Pxenyan bu məsələyə həmişə öz etirazını bildirir və keçirilən təlimləri KXDR-a hücum etmək üçün hazırlıq tədbirləri kimi qiymətləndirir.

Aysel Kərimova