ABŞ-a ekstradisiya edilən rusiyalı haker günahını etiraf etdi

abs-a-ekstradisiya-edilen-rusiyali-haker-gunahini-etiraf-etdi
Oxunma sayı: 1913

ABŞ-da kibercinayətlərdə ittiham olunan rusiyalı haker Aleksey Burkov Virciniya ştatında keçirilən məhkəmə iclası zamanı günahını etiraf edib.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, o, hakimin sualına belə cavab verib: “Bəli, mən günahkaram. Mən sadəcə ittihamın iki bəndi üzrə günahımı etiraf edirəm”. Rusiyalı haker, həmçinin şəxsi məlumatların oğurlanması və çirkli pulların yuyulmasında da öz günahını etiraf edib.

“RİA Novosti” yazır ki, hakim Ti Es Ellis məhkəmə qərarının mayın 8-də bəyan ediləcəyini açıqlayıb. Hakim qeyd edib ki, günahını etiraf edən Burkovu 15 ilədək həbs cəzası gözləyir.

Ümumilikdə Burkova qarşı beş bənd üzrə ittiham irəli sürülüb. Onu 80 il həbs cəzası gözləyirdi. O, kredit kartlarının nömrələrini oğurlamaqda da ittiham olunur.

Xatırladaq ki, 2015-ci ildə İsraildə saxlanılan rusiyalı haker 2019-cu ilin noyabrında ABŞ-a ekstradisiya edilmişdi.