“ABŞ-a tərs üzümüzü göstərmək istəmirik” - Ərdoğandan F-35 açıqlaması

abs-a-ters-uzumuzu-gostermek-istemirik
Oxunma sayı: 3198

“ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Bizə verməli olduqları F-35-lərimizi vermədilər, hələ də uzadırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda Akçaabat Xalq Kitabxanasında gənclərlə görüşündə deyib.

“Hazırda Müdafiə Nazirliyimiz onlarla bəzi görüşlər keçirməklə, problemi həll etmək istəyir. ABŞ-a tərs üzümüzü göstərmək istəmirik. Çünki bir çox sahədə onlarla atdığımız addımlar var.

Bununla əlaqədar Müdafiə Nazirliyimiz bu işi də davam etdirir. İstər F-16-ların modernizasiyası, istərsə də bəzi yeni F-16-ları bizə vermələri şərtilə bu məsələni həll etmək istəyirik”, - dövlət başçısı qeyd edib.