ABŞ Abramoviçin 2 təyyarəsini müsadirə edəcək

abs-abramovicin-2-teyyaresini-musadire-edecek
Oxunma sayı: 1152

ABŞ məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçə məxsus ABŞ istehsalı olan iki təyyarənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə ələ keçirilməsinə icazə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun Cənub Dairə Məhkəməsi açıqlama yayıb.

ABŞ istehsalı olan təyyarə və təyyarə hissələrinə qoyulan qadağaların da qeyd olunduğu açıqlamada Abramoviçin 2 təyyarəsinin sanksiyalara zidd olaraq xarici ölkədən icazəsiz Rusiyaya aparıldığı qeyd edilib.

Açıqlamada Abramoviçə "Boeing 787-8" və "Gulfstream G650ER" təyyarələrini müsadirə etməyə icazə verildiyi bildirilib.

Sözügedən təyyarələrin bir sıra şirkətlər vasitəsilə Roman Abramoviçə məxsus olduğu və təyyarələrin ümumi dəyərinin 400 milyon dollardan çox olduğu qeyd olunub.