ABŞ Ali Məhkəməsindən tviter və quqlla bağlı qərar

abs-ali-mehkemesinden-tviter-ve-quqlla-bagli-qerar
Oxunma sayı: 1613

ABŞ Ali Məhkəməsi tviter və quqla qarşı açılan iddialarda internet şirkətlərinin lehinə qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ildə İstanbul gecə klubunda İŞİD-ə bağlı bir hücumçunun Nəvrəs Ələsəfi və daha 38 nəfəri öldürməsindən sonra Ələsəfin ailəsi tviter və quqlu terror qruplaşmasına kifayət qədər sanksiya tətbiq etməməkdə ittiham edərək məhkəməyə verib.

Ali Məhkəmənin qərarında qeyd olunub ki, internet şirkətləri bu kimi hallar baş verdikdə məsuliyyət daşıya bilməzlər.

Bu səbəbdən də məhkəmə sosial platformalara yönəlik müsbət qərar verib.