ABŞ Qazaxıstanda keçiriləcək Suriya üzrə danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət departamenti məlumat yayıb.
Məlumat görə, Astanada baş tutacaq danışıqlarda Vaşinqtonu Qazaxstandakı səfiri Corc Krol təmsil edəcək.
“ABŞ Astanaya Vaşinqtondan danışıqlar üçün ayrıca nümayəndə göndərməyəcək",-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, danışıqlar yanvarın 23-də Qazaxıstan paytaxtında Suriya müxalifətinin vahid nümayəndə heyəti ilə hökumət nümayəndələrinin iştirakı ilə keçiriləcək. Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturi də dəvət olunub.
Son xəbərlər
Son Xəbərlər