ABŞ atasına heykəl qoyan Bəşər Əsədi tənqid etdi

abs-atasina-heykel-qoyan-beser-esedi-tenqid-etdi
Oxunma sayı: 1179

ABŞ Dövlət Departamenti Suriya prezidenti Bəşər Əsədin atası Hafiz Əsədə heykəl qoymasını tənqid edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, departamentin rəsmi nümayəndəsi Robert Palladino bununla bağlı Tvitter səhifəsində yazıb:

“Əsəd çatışmayan resursları atası Hafiz Əsədin heykəlinin tikintisinə sərf edib. Bu da yoxsul Deraa əhalisinin genişmiqyaslı etirazına səbəb olub. Orada Suriya xalqı hələ ilk dəfə 8 il əvvəl ayağa qalxıb”. 

Palladinonun sözlərinə görə, bu, dünya ictimaiyyətinə bir xatırlatma olmalıdır ki, Suriya hökumətinə edilən restavrasiya yardımı “evlərin və infrastrukturun inşasına yox, xalq üzərindəki despot nəzarətin sementlənməsinə” yönəldiləcək.