ABŞ Avropaya 20 min əsgər göndərir - 25 ildə ilk

abs-avropaya-20-min-esger-gonderir
Oxunma sayı: 1397

ABŞ “Avropa Müdafiəçisi 2020” təlimlərində iştirak etmək üçün müvəqqəti olaraq 20 min nəfər hərbçisini Avropaya göndərəcək.

“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, ABŞ Briqada generalı Şon Barnabinin sözlərinə görə, 20 min əsgər Avropa ölkələri üzrə bölünəcəklər.

“Bu, son 25 ildə Avropaya göndərilən ən böyük hərbçi sayıdır”, - deyə Barnabi qeyd edib.

Əsgərlərin qatılacağı təlimlər arasında “Cəld cavab”, “Birlik ruhu”, “Dinamik cəbhə”, “Bıçaq təsiri” yer alır. Onlar 2020-ci ilin fevral-aprel ayları ərzində Avropaya yola salınacaqlar. Təlimlərdən sonra isə hərbçilər ABŞ-dakı yerləşdirmə yerlərinə qayıdacaq.

Qeyd edək ki, “Avropa Müdafiəçisi 2020” təlimlərində müxtəlif ölkələrdən 37 min hərbçi iştirak edəcək.