“ABŞ Azərbaycan-Ermənistan təmaslarının qurulmasına kömək etməyə hazırdır”

“ABŞ Azərbaycan-Ermənistan təmaslarının qurulmasına kömək etməyə hazırdır”
Oxunma sayı: 1224

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə məktubunda qeyd edib.

“Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”, - Bayden bildirib.