“Qafqazinfo” Apasport.az saytına istinadən məlumat verir ki, mayın 27-də ABŞ-la keçiriləcək görüşü izləmək istəyənlər indidən elektron biletlər əldə edə bilərlər.
Artıq tribuna və sektorlar üzrə qiymətlərin bölgüsü də açıqlanıb. San-Fransiskonun “Kandlestik Park” stadionunda baş tutacaq qarşılaşmaya ən ucuz bilet 87 dollara olacaq. Ən bahalı biletlərin qiyməti isə 329 dollardır.
Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu mayın 28-də Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər