“ABŞ Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləmǝyǝ davam edəcək” - Bayden

abs-azerbaycanla-ermenistan-arasinda-sulhu-desteklemy-davam-edecek
Oxunma sayı: 2194

“Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə yazdığı təbrik məktubunda qeyd edib.

“Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir” - Bayden bildirib.