ABŞ Baydeni xilas edən tərcüməçini Əfqanıstanda qoydu

abs-baydeni-xilas-eden-tercumecini-efqanistanda-qoydu
Oxunma sayı: 3685

ABŞ 2008-ci ildə qar fırtınası zamanı helikopterləri Əfqanıstan vadisinə enmək məcburiyyətində qalan və amerikalı senatorlar – Co Bayden, Con Kerri və Çak Heyqelin xilas edilmələrinə kömək göstərən tərcüməçi Məhəmmədi Əfqanıstandan təxliyyə etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Qəzetin məlumatına görə, Məhəmməd ABŞ Prezidenti Co Baydenə müraciət edərək “Salam, cənab prezident. Məni və ailəmi xilas edin. Məni burada qoymayın” deyə müraciət edib.

Tərcüməçi və dörd uşağı “Taliban”dan gizlənir və onun Əfqanıstandan çıxmaq üçün uzun illər göstərdiyi cəhdlər bürokratik əngəllər səbəbindən uğursuz alınıb.

Nəşr yazır ki, Kabilin ələ keçrilməsindən sonra Məhəmməd hava limanına getsə də, amerikalı hərbçilər onu həyat yoldaşı və uşaqları olmadan təxliyyə etməyə razılıq verib.