ABŞ bayraqları endirilir

abs-bayraqlari-endirilir
Oxunma sayı: 5131

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.

Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə bağlı bəyanat verəcəyini bildirmişdi.

Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisə nəticəsində 18 uşaq, 3 böyük şəxs həlak olub. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.