ABŞ BMT-dəki 12 rusiyalı diplomatı “persona non qrata” elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi tələb edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətbuat konfransında deyib.
“Mən indicə məlumat aldım ki, ABŞ hakimiyyəti Rusiyanın BMT-dəki missiyasına qarşı daha bir tədbir görərək, ev sahibi kimi öz öhdəliklərini kobud şəkildə pozub. Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri “persona non qrata” elan ediblər və martın 7-dək ABŞ-ı tərk etmələrini tələb ediblər”, - Nebenzya bildirib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Millz bu qərarı belə şərh edib: “Birləşmiş Ştatları tərk etmək əmri verilən diplomatlar, məsuliyyət zonalarından kənarda və diplomat kimi öhdəliklərinə uyğun olmayan fəaliyyətlərlə məşğul olurdular".
Rusiya tərəfi bu açıqlama ilə qane olmayıb.
Son xəbərlər
Son Xəbərlər