ABŞ Britaniyanın addımını dəstəklədi

abs-britaniyanin-addimini-destekledi
Oxunma sayı: 1133

ABŞ Britaniyanın rusiyalı diplomatların ölkədən çıxarılması ilə bağlı qərarını dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“ABŞ özünün ən yaxın müttəfiqi olan Böyük Britaniya ilə həmrəyliyini ifadə edir. Vaşinqton Londonun istintaq qiymətləndirməsi ilə razıdır. Rusiya Britaniya vətəndaşı və onun qızına qarşı edilmiş bu ağılsız hücuma görə məsuliyyət daşıyır. Biz Böyük Britaniyanın cavab tədbirləri qismində Rusiya diplomatlarını ölkədən çıxarılması qərarını dəstəkləyirik”,- deyə məlumatda vurğulanıb.

“ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu cür iyrənc hücumların yenidən təkrarlanmaması üçün çalışır”,-deyə Ağ Evdə qeyd ediblər.