ABŞ bu il Ukrayna üçün sonuncu hərbi yardım paketini ayırdı

abs-bu-il-ukrayna-ucun-sonuncu-herbi-yardim-paketini-ayirdi
Oxunma sayı: 1550

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

“ABŞ bu il Ukrayna üçün son silah və avadanlıq paketini elan edir”, - Blinken bildirib.

O, həmçinin qeyd edir ki, ABŞ hərbi yardımının yeni paketinə hava hücumundan müdafiə üçün sursat və avadanlıqlar, çoxsaylı buraxılış raket sistemləri (MLRS) üçün sursat daxildir. Bundan əlavə, ABŞ Ukraynaya 155 mm və 105 mm-lik top mərmiləri və tank əleyhinə silahlar verəcək.