Nigeriya hökumətinin sifarişinə əsasən ABŞ ölkənin şimalında yeni hərbi baza quracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Military Times” məlumat yayıb.
Məlumata əsasən, hərbi-hava bazasının açılışı 2019-cu ilin əvvəlinə planlaşdırılır. O Aqades şəhərinin bir neçə kilometrliyində yerləşəcək. Burada qırıcılar və pilotsuz uçan aparatlar qərarlaşacaq.
Hərbi bazanın 110 milyon dollara başa gələcəyi bildirilib. Oranın saxlanılması üçün ildə 15 milyon xərclənəcək.
Son xəbərlər
Son Xəbərlər