ABŞ müdafiə naziri Lloyd Austin Səudiyyə Ərəbistanı vəliəhdi, Şahzadə Məhəmməd bin Salmanla telefon danışığı zamanı ölkəsinin Orta Şərqdə yerləşdirilmiş yüzlərlə hərbçisini, döyüş təyyarələrini və hava müdafiə sistemlərini çıxaracağını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” qəzeti çıxış edib.
Qəzet yazıb ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstandan sonra Orta Şərqin digər ölkələrində də nəzərəçarpacaq ölçüdə hərbi varlığını azaldacaq.
Qeyd edilib ki, Pentaqon Küveyt, İordaniya və Səudiyyə Ərəbistanında yerləşdirilmiş səkkiz “Patriot” hava müdafiə sistemini geri çəkəcək.
Donanma qüvvələrinin azaldılması da sözügedən çəkilmənin bir parçasıdır.
Son xəbərlər
Son Xəbərlər