ABŞ bu ölkəyə üç milyon doz vaksin bağışlayacaq

abs-bu-olkeye-uc-milyon-doz-vaksin-bagislayacaq
Oxunma sayı: 1396

ABŞ Prezidenti Co Bayden Əfqanıstan Prezidenti Əşrəf Qəni və Milli Uzlaşma Ali Şurasının sədri Abdulla Abdulla ilə Ağ Evdə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ABŞ lideri Əqanıstana diplomatik, humanitar və təhlükəsizlik dəstəyinin davam edəcəyini bildirib.

Əfqanıstanda artan koronavirusa yoluxmalara diqqət çəkilib, ABŞ-ın Əfqanıstana 3 milyon doz “Johnson and Johnson” vaksini bağışlayacağı, bu vaksinlərin nəqli üçün hazırlıqların davam etdiyi qeyd edilib.

Vurğulanıb ki, pandemiya ilə mübarizədə Əfqanıstana əlavə yardımlar göstəriləcək. Eləcə də, 266 milyon dollarlıq humanitar yardımın ölkəyə çatdırılacağı əlavə edilib.