ABŞ casus peykini orbitə yolladı

abs-casus-peykini-orbite-yolladi
Oxunma sayı: 1191

ABŞ Milli Kəşfiyyat İdarəsi (NRO) kosmosa casus peyki göndərib.

“Qafqazinfo” TRT-yə istinadəm xəbər verir ki, NROL-42 peykini daşıyan “Atlas-5” raketi Kaliforniyadakı Vandenberq Hava Qüvvələri Bazasından havaya qalxıb.

Casus peykinin vəzifə və orbiti haqqında məlumat verilməyib.

Qeyd edək ki, NROL peykləri ABŞ milli təhlükəsizliyi üçün məlumat toplayır və təbii fəlakətlərin təsirlərini müəyyən edir.