ABŞ Çinə Ukrayna ilə bağlı xəbərdarlıq etdi

ABŞ Çinə Ukrayna ilə bağlı xəbərdarlıq etdi
Oxunma sayı: 4645

ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Çinin xarici işlər naziri Van Yi ilə görüşüb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, 90 dəqiqə baş tutan görüşdə əsas müzakirə mövzusu Ukrayna və Tayvan olub.

Blinken Çini rəsmi Moskvanı dəstəkləyəcəyi təqdirdə ağır nəticələrlə qarşılaşacağı barədə xəbərdarlıq edib. Dövlət katibi həmçinin, hər iki ölkənin maraqlarının ortaq olduğu sahələrdə əməkdaşlıq edə biləcəklərini qeyd edib.

Van Yi isə öz növbəsində Tayvan probleminin Çinin daxili işi olduğunu, ABŞ-ın buna müdaxilə emtəyə haqqı olmadığını bildirib.