ABŞ Çinin 31 şirkətini qara siyahıya saldı

abs-cinin-31-sirketini-qara-siyahiya-saldi
Oxunma sayı: 1207

ABŞ Ticarət Nazirliyi Çindən 31 şirkətə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 5 və Böyük Britaniyadan iki müəssisəyə ixrac nəzarəti tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Ticarət Nazirliyi 43 şirkəti ixrac nəzarəti tədbirləri tətbiq olunan şirkətlər siyahısına əlavə edib. ABŞ hökuməti onları beynəlxalq siyasətin maraqlarına və ya ABŞ-nin milli təhlükəsizliyinə zidd hərəkətlər kimi müəyyən edib”, - Nazirliyin məlumatında qeyd olunub.