Floridanın Bethune-Cookman Universitetinin yüzlərlə tələbəsi ABŞ-ın təhsil naziri Betsi Devosu fitə basıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nazirin salamlama çıxışı zamanı baş verib. Devos diplomaların təqdim olunması mərasimində tələbələrə “Gəlin, bir-birimizi dinləməyə çalışaq” deyə səslənib. Lakin gənclər onun sözlərinə reaksiya verməyiblər və arxaları nazirə tərəf durmağa davam ediblər.
Qeyd edək ki, Bethune-Cookman universitetində ənənəvi olaraq qaradərili tələbələr təhsil alır. Tələbələrin narazılığına səbəb isə Tramp administrasiyasının universitetin maliyyələşməsini azaldacağı ilə bağlı narahatlıqları olub.
Son xəbərlər
Son Xəbərlər