ABŞ-da 100 min viza ləğv olunub - Trampın fərmanından sonra

abs-da-100-min-viza-legv-olunub
Oxunma sayı: 2019

ABŞ prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmandan sonra bugünə qədər 100 min insanın vizası ləğv olunub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu açıqlamanı ölkəyə girişdə maneə ilə üzləşən iki yəmənlinin açdığı davadan sonra Federel Hökumətin vəkili Erez Reuveni yayıb.

O, həmçinin qeyd edib ki, Yaşıl Kartı (Green Card) olan heç kimin Amerikaya girişinin qarşısı alınmayıb.