ABŞ-da 115 yaşlı kilsədə yanğın, 1 nəfər xəstəxanalıq oldu - Yenilənib + Video

abs-da-115-yasli-kilsede-yangin-1-nefer-xestexanaliq-oldu
Oxunma sayı: 1224

ABŞ-ın Pensilvaniya ştatının Parksayd rayonunda yerləşən “Greater Bible Way Temple” kilsəsində yanğın başlayıb.

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, hazırda yanğınsöndürənlər yanğınla mübarizə aparır. Ətrafı qatı duman bürüyüb.

Xəsarət alanlar haqda hələ məlumat yoxdur.

**

Yanğınsöndürənlər yanğını nəzarətə götürüb. 

"Qafqazinfo"nun "Action News"a istinadən məlumatına görə, hadisə nəticəsində bir nəfər xəstəxanalıq olub. 

115 yaşlı tikilinin dağılma ehtimalı var.