ABŞ-da 13 yaşlı oğlan qəza törətdi, 9 ölü

abs-da-13-yasli-oglan-qeza-toretdi-9-olu
Oxunma sayı: 2507

ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq açıqlayıb.

Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil - mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub.

Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də alıb.