ABŞ-da 2017-ci ilin ən yaxşı avtomobili seçilib - Fotolar

abs-da-2017-ci-ilin-en-yaxsi-avtomobili-secilib
Oxunma sayı: 776

ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, sərgidə ilin ən yaxşı avtomobili adını “Jaguar F-Pace” qazanıb.

İkici və üçüncü yeri isə  müvafiq olaraq “Audi Q5” və “Volkswagen Tiguan” tutub.  

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.