ABŞ-da 33 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib

abs-da-33-milyondan-cox-insan-issizlik-muavineti-ucun-muraciet-edib
Oxunma sayı: 1070

ABŞ-da koronavirus pandemiyası fonunda bir çox müəssisələrin fəaliyyətinin dayandırılmasından sonra 33 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Departamenti açıqlama yayıb. Bildirilib ki, son həftə ərzində 3 milyon 169 min yeni müraciət qeydə alınıb. Daha öncəki həftədə isə 3 milyon 846 min müraciətin qeydə alındığı bildirilib.

Bununla son 7 həftə ərzində işsizlik müavinətinə müraciət edənlərin ümumi sayı 33 milyon 483 minə çatıb. Bu isə Amerika əhalisinin demək olar ki, 10 faizini təşkil edir.