ABŞ-da 35 avtomobil toqquşdu - 15 yaralı

abs-da-35-avtomobil-toqqusdu
Oxunma sayı: 1110

ABŞ-ın Corciya ştatında zıncirvari qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Katusa dairəsinin şerifinin sözlərinə əsasən, 35 maşının toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Qəza zamanı yola 378 litr benzin yayılıb. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması həyata keçirilir.