ABŞ-ın Kaliforniya ştatında bu həftə havanın temperaturu 48 dərəcəyə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ştatda fövqəladə vəziyyət elan edilib.
Ştatın qubernatoru Qavin Nyusom həddindən artıq istilər səbəbindən kondisioner istifadəsinə görə enerji xətlərindəki yükü azaltmaq üçün fövqəladə vəziyyət elan edildiyini deyib.
Əhaliyə paltaryuyan, qabyuyan kimi məişət əşyalarını işlətməmək, bununla enerjiyə qənaət etməklə bağlı çağırış edilib.
Son xəbərlər
Son Xəbərlər