ABŞ-ın şərq sahillərində qar fırtınası səbəbindən 5 mindən çox aviareys təxirə salınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qar fırtınası ABŞ-ın şimal-şərq bölgəsi üçün yanvar-fevral aylarına xarakteristik olmayan anomal istilərdən sonra gəlib. Həmin aylarda temperatur 20 dərəcəyə kimi qalxmışdı.
Qeyd edək ki, ötən həftə Nyu-York ştatında qar fırtınası səbəbindən 200 mindən çox insan elektrik enerjisiz qalmışdı.
Nyu-Yorkda Ontario gölünün sahilində yerləşən evin buz “qalası”na çevrilməsi ilə sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Son xəbərlər
Son Xəbərlər