ABŞ-da 6,3 bal gücündə zəlzələ olub - Video

abs-da-63-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 2326

ABŞ-ın Aydaho ştatında 6,3 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Boyse şəhərindən 151 kilometr şimali-şərqdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat daxil olmayıb.