ABŞ-da 8,2 bal gücündə zəlzələ

abs-da-82-bal-gucunde-zelzele
Oxunma sayı: 1936

ABŞ-ın Alyaska ştatında 8,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Yeraltı təkanların ocağı təqribən 47 km dərinlikdə, episentri isə Perrivill yaşayış məntəqəsindən 91 km məsafədə yerləşib.

Bununla yanaşı, zəlzələdən sonra 6,2 və 5,6 ballı iki afterşok baş verib.