ABŞ-da 9500 aviareys ləğv edilib

abs-da-9500-aviareys-legv-edilib
Oxunma sayı: 1894

ABŞ-ın Şərq hissəsində qar fırtınası səbəbindən 9500 aviareys ləğv edilib.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, şənbə və bazar günlərinə nəzərdə tutulan aviareyslər təxirə salınıb. Sinoptiklər məhz istirahət günləri havanın daha da kəskinləşəcəyini bildiriblər.

Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib.

İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.