ABŞ-da aksiyalar zamanı saxlanılanların sayı açıqlandı

abs-da-aksiyalar-zamani-saxlanilanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1065

ABŞ-da polis tərəfindən öldürülən Corc Floyda görə davam edən iğtişaşlar zamanı ən az 9,3 min insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, təkcə Los-Ancelesdə etirazlar başlayandan 2700 nəfər saxlanılıb.

İkinci yerdə gələn Nyu-Yorkda isə saxlanılanların sayı 1500 nəfər təşkil edir. Dallas, Hyuston və Filadelfiya kimi böyük şəhərlərdə də yüzlərlə etirazçının saxlanıldığı bildirilib.

Qeyd edək ki, Minneapolisdə qaradərili Corc Floydun polis tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-ın fərqli ştatlarının bir çox şəhərlərində iğtişaşlar baş qaldırıb.