ABŞ-da ana 3 uşağını öldürdü

abs-da-ana-3-usagini-oldurdu
Oxunma sayı: 3329

Los-Anceles şəhər polisi (Kaliforniya ştatı) üç uşağını öldürməkdə şübhəli bilinən qadını saxlayıb.

Bu barədə “Qafqazinfo” CBS telekanalına istinadən xəbər verir.

Belə ki, polis mənzillərin birində 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib. Onların 3-ü də 5 yaşdan kiçikdir.

Telekanalın xəbərinə görə, uşaqların anası cəsədlərin aşkarlanmasından bir neçə saat sonra Kaliforniyanın mərkəzi hissəsində saxlanılıb.

Polis cinayətin motivlərini aydınlaşdırır.