ABŞ-da atışma: 2 ölü, 7 yaralı

ABŞ-da atışma: 2 ölü, 7 yaralı
Oxunma sayı: 1178

ABŞ-ın Savanna şəhərində (Corciya ştatı) baş vermiş atışma nəticəsində iki nəfər həyatını itirib, daha yeddi nəfər yaralanıb.

Bu barədə “Qafqazinfo” WJCL telekanalına istinadən xəbər verir.

Onun məlumatına görə, insident yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 05:00-da) baş verib. İki yaralı kritik vəziyyətdədir. Yaralananlar arasında, həmçinin 2 yaşlı uşaq və 13 yaşlı yeniyetmə var.  

Polis şübhəlilərin axtarışını aparır, atışmanın mümkün səbəbi haqda məlumat hələ verilməyib.