ABŞ-da atışma - 5 ölü, 6 yaralı

abs-da-atisma
Oxunma sayı: 1005

ABŞ-ın İllinoys ştatının Avrora şəhərində silahlı şəxsətrafdakılara atəş açıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Yaralılardan beşi polis əməkdaşlarıdır. Yaralılar xəxtəxanaya yerləşdirilib.

Hadisədən sonra əraziyə xüsusi təyinatlı qüvvələr cəlb edilib. Əməliyyat nəticəsində silahlı şəxs zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.