ABŞ-da atışma: 3 ölü, 4 yaralı

abs-da-atisma-3-olu-4-yarali
Oxunma sayı: 1324

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) naməlum şəxs atəş açıb.

Bu barədə “Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir.

Məlumata görə, 1 nəfər aldığı yaralardan hadisə yerində həyatını itirib. 6 nəfər hospitalizə edilib, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.   

Baş vermiş hadisənin digər təfərrüatları hələlik açıqlanmır.