ABŞ-da atışma - 1 ölü, 4 yaralı

abs-da-atisma
Oxunma sayı: 1170

ABŞ-ın Brayan şəhərində (Texas ştatı) baş vermiş atışma nəticəsində bir nəfər həyatını itirib, azı dörd nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Qafqazinfo” CBS teleşirkətinə istinadən xəbər verir.  

Polis istintaq çərçivəsində şübhəli şəxsi saxlayıb. Teleşirkətin məlumatına görə, o, böyük ehtimalla, insidentin baş verdiyi mebel istehsalı müəssisəsinin əməkdaşıdır.