ABŞ-da atışma, 7 ölü - Video

abs-da-atisma-7-olu
Oxunma sayı: 1252

ABŞ-ın Miluoki şəhərində pivə istehsalı ilə məşğul olan “MolsonCoors” kompaniyasında atışma olub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, insident nəticəsində cinayətkar daxil olmaqla, yeddi nəfər həyatını itirib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Versiyalardan birinə görə, cinayətkar kompaniyanın keçmiş əməkdaşıdır. O, bir müddət əvvəl işdən çıxarılıb.

Hadisə yerindən kadrları “TMJ4”ün jurnalisti Loren Linder yayımlayıb.