ABŞ-da atışmada ölənlərin sayı artdı - Yenilənib

abs-da-atismada-olenlerin-sayi-artdi
Oxunma sayı: 2987

ABŞ-ın Kaliforniya əyalətində atışma olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, atışmada 6 nəfər ölüb, xeyli sayda yaralı var. Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı hücumu təşkil edən şəxs öldürülüb.

Polis insanları hadisənin baş verdiyi əraziyə gəlməməyə çağırıb. İnsidentin səbəbləri araşdırılır və faktla bağlı cinayət işi açılıb.

***

Ölənlərin sayı artaraq 8 nəfərə çatıb. Məlumata görə, silahlı şəxs hadisəni törətməzdən əvvəl evini yandırıb.