ABŞ-da aviabazaya silahlı hücum - 4 ölü,11 yaralı+Yenilənib

abs-da-aviabazaya-silahli-hucum
Oxunma sayı: 1656

ABŞ-ın Florida ştatındakı Hərbi Dəniz Qüvvələrinin Pensakola aviabazasına silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika HDQ-nin Tvitter səhifəsində yazılıb. İnsident zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Silahlı şəxs öldürülüb. Bazaya giriş-çıxış bağlanıb.

Qeyd edək ki, Pensakolada 16 mindən çox əsgər və 7 min nəfər mülki işçi çalışır. Bundan başqa, hərbçilərin ailələri də orada yaşayır.  

*** 

Aviabazaya hücum nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. 

***

Silahlı insident zamanı ölənlərin sayı 4 nəfər olub. Hadisəni aviabazada hərbi təhsil alan səudiyyə ərəbistanlı əsgər törədib. Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl Səud ABŞ prezidenti Donald Trampa başsağlığı verib.