ABŞ-da avtoşou zamanı atışma, yaralılar var

abs-da-avtosou-zamani-atisma-yaralilar-var
Oxunma sayı: 1858

ABŞ-ın Arkanzas ştatının Dumas şəhərində avtoşou zamanı atışma baş verib.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində azı 10 nəfər yaralanıb.

Xəsarət alanlar arasında uşaqların da olduğu deyilir.

Polis mümkün şübhəli haqqında məlumat yaymayıb, araşdırma aparılır.